Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı İ.İsmayılov küçəsi 3 və 5 saylı binaların sakinləri ilə görüşdü

05 iyul 2014 | 10:00

2014-cü il İyul ayının  4-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun İ.İsmayılov küçəsi 3 və 5 saylı binaların sakinləri ilə  səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlər çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edən vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmazlıqların  və əsasən,  uşaqlar üçün əyləncəli elementlər olan parkın salınması, məhəllədaxili yolların yenidən asfaltlanması, mərkəzi küçəyə işıqforun quraşdırılmasını  xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırdı.

Keçidlər