Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi ilə əlaqədar müşavirə keçirilmişdir.

08 iyul 2014 | 10:00

Bu gün rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov, başçının müavinləri, MKTB-nin rəisi, rayon  Polis İdarəsinin rəis müavinin, aparatın müvafiq şöbələrinin müdirləri , Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə nümayəndəsinin , Qəsəbə və Sahə ərazi Dairələri üzrə başçının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.
      Müşavirədə müvafiq Dövlət Proqramına uyğun olaraq, rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi məsələsi müzakirə olunmuş, köçürülmənin gedişatı ilə bağlı xidmət sahələrinin fəaliyyətinə iradlar bildirilmişdir.
     Müşavirədə hər bir sahə üzrə ayrı-ayrı təhlillər aparılmışdır. Daha sonra Razim Məmmədov aparılan köçürülmə işinin müvafiq orqanların birgə iştirakı ilə sürətləndirilməsini və mütəmadi olaraq, məlumat verilməsini tapşırmışdır.

Keçidlər