Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda gənclər ordu sıralarına yola salındı.

10 iyul 2014 | 10:00

Dövlət Başçısı İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, İyulun 1-dən başlayan növbəti həqiqi hərbi xidmətə çağırışla bağlı  Xətai rayonu Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon idarəsində   çağırış yaşı çatan gənclər ordu sıralarına yola salınıb.
        Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Gənclərin hərbi çağırışa yola salınması münasibətilə keçirilən tədbir dövlət himninin səslənməsi ilə başladı. Rayon rəhbərliyi, müharibə veteranlarının və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ordumuzun qüdrətindən, dinamik sürətlə inkişaf edən ölkəmizdə  bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışdı. Natiq bildirdi ki, ulu öndər Heydər Əliyevin  rəhbərliyi altında qısa müddətdə Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir mütəşəkkil ordu yaratmaqla Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinə nail oldu. Qeyd olundu ki, ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində isə hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.
          Tədbirdə çıxış edən  millət vəkili Hüseynbala Mirələmov , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xətai Rayon Dövlət İdarəsinin rəisi Eldar Tağıyev,  rayon veteranları Vətənin müdafiəsinə yola düşənlərə əsl mərdlik, şücaət məktəbini  şərəflə keçməyi, hərbi  texnikanın sirlərini  mükəmməl öyrənməyi, lazım gələrsə, hər an torpaqlarımızı azad etmək üçün müsəlləh əskər olmağı arzuladılar. Vətənə borclarını verməyə gedən gənclərimizi isə yalnız bir amal birləşdirir: “İşğal olunan torpaqlarımızı azad etmək, vətənimizın keşiyində ayıq-sayıq dayanmaq”.
Tədbirdə gələcək əsgərlərə rayon İcra Hakimiyyətinin hədiyyələri də təqdim edildi. Mərasim  Xətai rayonunda fəaliyyət göstərən mədəniyyət evinin kollektivlərinin  və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi. Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla həqiqi hərbi cağırış iyul ayının sonuna kimi davam edəcək.

Keçidlər