Rayon İcra Hakimiyyətinin Başçısı Əhmədli qəsəbə nümayəndəliyində sakinlər ilə görüşdü.
2014-cü il iyulun 11-də Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun Əhmədli qəsəbə nümayəndəliyində sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Ə.Səmədova, B.Süleymanova, N.Məmmədov, H.Teymurov, rayon Ağsaqqallar Şurasının sədri Q.Əlizadə, məcburi köçkün Ə.Məmmədov, İ.Hacııyev və başqaları çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların- küçələrin asfaltlanması, işıqlandırılması, qaz və işıq təchizatının yaxşılaşdırılması, qəsəbə qəbirsandlığında şəhid məzarlığlarının ətrafının abadlaşdırılması, ərazidən məişət tullantılarının daşınması və s. aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bu məsələlərin bir çoxunun “2014-2016-cı illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na daxil edildiyini bildirdi. Digər məsələlərin həllinə dair isə aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verərək, problemlərin tez bir zamanda aradan qaldırılmasını tapşırdı.