Xətai rayonunda abadlıq-quruculuq işləri davam etdirilir.
Bu gün Azərbaycanın bütün bölgələrində, eyni zamanda paytaxt Bakıda və onun qəsəbələrində abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtsadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir. Bütün bunlar insanların rifahının yüksəlməsinə xidmət edir. Xətai Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri bütün Xətai rayonu ərazisində qabarıq hiss olunur.15 iyun 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Nobel prospekti və Afiəddin Cəlilov küçəsində abadlıq və quruculuq işlərinin gedişatı ilə əlaqədar həmin ərazidə olmuşdur. Küçə və prospekt boyu səkilərə daş örtüklərinin vurulması, fasadlarıın müasir və klassik memarlıq üslubunda üzlənməsi, yaşıllıq zolaqlarının salınması və həmin yaşıllıqlara qulluq edilməsi işləri ilə tanış olan icra başçısı bu istiqamətdə irad və tövsiyyələrini bildirmişdir. Yolboyu yerləşən yöndəmsiz obyektlərin səliqəyə salınması, eləcə də, A.Cəlilov küçəsindəki binaların fasadlarının üzlənməsi işlərinə başlanması ilə əlaqədar tapşırıqlar vermişdir.