Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda hesabat yığıncağı keçirilib.

18 iyul 2014 | 10:00

18 iyul 2014-cü il tarixdə Xətai rayonunda  6 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları ilk öncə rayonun H.Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzmüşlər.
        Yığıncaq YAP Xətai rayon təşkilatının akt zalında davam etdirildi. İclas zalının foyesində iştirakçılar rayonun sosial-iqtisadi göstəricilərini və abadlıq-quruculuq işlərini əks etdirən stendlərlə tanış oldular. 
        Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat məruzəsi ilə çıxış edərək, bildirdi ki,hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəriciləri yüksəlib. Müxtəlif sosial proqramlar uğurla icra edilib. Xətai rayonun quruculuq məkanına çevrilməsinin ən mühüm səbəblərindən biri isə ölkəmizin bütün bölgələri kimi bu rayona da Prezident  İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Qeyd olunub ki, hesabat dövründə Xətai rayonunda 2500  yeni  iş yerləri yaradılıb. 1000 nəfər münasib iş yeri ilə təmin edilib. Əhalinin orta əmək haqqı rayon üzrə 560 manata çatdırılıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı dövlət proqramın icrası isə davam etdirilir. Dövlət proqramına uyğun olaraq, 194 nömrəli məktəbin yeni müasir standartlara cavab verən binasının inşası, 63 saylı məktəbdə əlavə tədris korpusu tikintisi, 171 saylı təhsil ocağında yeməkxana və akt zalının, 48 və 56 saylı orta məktəblərin əsaslı təmiri davam etdirilir.Təhsil ocaqlarında son tamamlanma işləri aparılır. Nəzərdə tutulan 12 uşaq bağçasından 6-ı istifadəyə verilib.       Rayonda  həyata keçirilən irimiqyaslı layihələr sırasına rayon İcra Hakimiyyətinin inzibati binasının yenidən qurulması işləri də yer alır. Ümumi sahəsi 1.5 hektar olan və tikintisinə noyabr ayında başlanılan binada işlər yüksək səviyyədə həyata keçirilir. İnzibati binanın ətrafında yeni yaşıllıq örtüyü və park salınıb.Əraziyə müasir işiqlandırma sistemi quraşdırılıb.     Hesabat dövründə rayon ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib, sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər görülüb.
      Rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması rayon İcra Hakimiyyəti tərəfindən görülən işlərin əsas tərkib hissəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlara uyğun olaraq, rayon İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb.  Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 75 min kv.m-dən çox ərazidə yaşıllıq massivləri salınıb. Xocalı parkı boyunca müxtəlif ölkələrdən gətirilən gül və ağac kolları əkilib.     Rayonda yolların təmiri və tikintisi də daim diqqətdə saxlanılıb. Belə ki, Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu yol iki tərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi ilə təchiz olunur. Xocalı prospektində yeraltı bütün kommunikasiya xəttləri dəyişdirilib, Prospekt bütövlükdə yenidən qurulub. Ümumilikdə yollara və binaların qarşısına 46 min kv.m-dən çox sahəyə asfalt örtüyü vurulub. Hesabat dövründə Xətai rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib.
    Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkili Hüseynbala Mirələmov və digər məruzəçilər respublikamızda, həmçinin, Xətai rayonunda həyata keçirilən işlərdən danışdılar. Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq, rayonun müvafiq strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda duran vəzifələrdən söhbət açıldı.
     Tədbirinin sonunda Prezident İlham Əliyev tərəfindən dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə təltif edilən rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı   təqdim edilib.

Keçidlər