Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı sakinlər ilə görüşdü.

18 iyul 2014 | 10:00

2014-cü il iyulun 18-də Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun  Neapol dairəsinin yaxınlığındakı parkda sakinlər ilə görüşü keçirildi.
      Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , Prezident Adminstrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili Hüseynbala Mirələmov, eləcə də, rayon  sakinləri  iştirak edirdilər.
        Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
        Sakinlərdən Şirinov Rasim, Səfərova Sevda, Səfərov Əlimövsüm, Məmmədova Yeganə, Hüseynova Bəsti, Məmmədova Nigar, Ələkbərov Tahir, Əliyev Rövşən  və başqaları çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların- küçələrin asfaltlanması, işıqlandırılması, qəzalı binadan sakinlərin köçürülməsinin ləngiməsi, istilik təchizatının yaxşılaşdırılması, yeni tikilmiş binanın istismara qəbul edilməməsi, Ağ şəhərdə verilən kompensasiyalardan və bəzi ölçmə işlərinin aparılmasından narazılıq, bəzi ictimai cəmiyyətlərin yerləşdiyi otaqların təmir edilməsi, binaların bloklarında qapıların bərpa edilməsi, uşaqlar üçün oyun parklarının bərpa edilməsi, binalarda köhnəlmiş kommunikasiya xətlərinin yeniləri ilə əvəz olunması, məcburi köçkünlərin məskunlaşdıqları uşaq bağçalarından və digər binalardan köçürülmələrinin tezləşdirilməsi,  və s. aradan qaldırılmasını xahiş etdilər.
        Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan bu məsələlərin bir qisminin  “2014-2016-cı illərdə Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı”na daxil edildiyini bildirdi.  Digər  məsələlərin həllinə dair isə aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verərək, problemlərin tez bir zamanda aradan  qaldırılmasını tapşırdı.

 

Keçidlər