Xətai rayonunda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılmışdır.
26 iyul 2014-cü il tarixdə Xətai rayon İcra hakimiyyətinin başçısı cənab Razim Məmmədov tərəfindən iftar verilib. Əhmədli qəsəbəsində açılan iftar süfrəsində rayon İcra Hakimiyyətinin rəsmi şəxslər, şəhida ailələrinin, qarabağ, çernobl, 20 Yanvar əlillərinin və digər ictimaiyyət nümayəndələrinin iştirak ediblər. 200 nəfərin iştirak etdiyi mərasimdə əvvəlcə Qurani Kərimdən surələr oxunmuş, dualar edilmişdir. Rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə və digər çıxış edənlər İslam dəyərlərinin qorunub saxlanılmasından, bu müqəddəs ayın mahiyyətindən, fəzilətindən söhbət açaraq insanlarımızın rifah halının yaxşılaşdırılması, ölkəmizin əminamanlığı üçün çalışmış Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar etmişlər. Mərasimdə həmçinin bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün Azərbaycanda vicdan azadlığı, dini tolerantlıq hökm sürür və dövlət başçısının rəhbərliyi altında ölkəmizdə hər sahədə həyata keçirilən uğurlu islahatlar hər bir azərbaycanlının gələcəyinin qarantıdır.