Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
04 avqust 2014 | 10:00
04.08.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 14 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Bağırov İsa, Cəlilov Kərəm, Ərəbəliyev Taleh, Musayev Tərlan, Hüseynov Hüseyn, Babayev Həsənxan, Qurbanov Azad və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən, liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyətinin müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişdir.