Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir.
11 avqust 2014 | 10:00
11.08.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 11 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Nəsibova Elmira, Allahverdiyev Fuad, Əsgərova Əntiqə, Bağırov İsa, Məmmədova Dilarə, İsgəndərli Könül və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən, liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişlər.