Şriftin ölçüsü :

Saytın rəngi :

Cavanşir küçəsi 8 saylı binanın sakinlərinə sevindirici xəbər.

16 avqust 2014 | 10:00

15 avqust 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbəti dəfə Cavanşir küçəsi 8 ünvandakı qəzalı binanın sakinlərini qəbul etdi.Sakinlər bir daha uzun müddətdən bəri qəzalı vəziyyətdə olan binada təhlükəli vəziyyətin günbəgün artdığından şikayət edərək, əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmasını, sakinlərin köşürülməsinə köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşları dinlədikdən sonra başçı bildirdi ki, problemlə əlaqədar Baş Nazir tərəfindən  müvafiq sərəncam imzalanmışdır və həmin sərəncamla sakinləri tanış etmək üçün tapşırıq verdi.
       Tapşırığa uyğun olaraq,  başçısının birinci müavini   Rafiq Quliyev, aparatın şöbə müdirləri, rayon MKTB-nin rəisi, 2 nömrəli sahə inzibati ərazi darəsi üzrə İcra Başçısının nümayəndəsi, 122 saylı  Xüsusi təyinatlı MKİS-n rəhbərliyi, xidmət sahələrinin  və digər məsul şəxslərin iştirakı ilə binanın həyətində sakinlər ilə görüş keçirildi .
     Görüş zamanı sakinlərə bildirildi ki, qaldırılan məsələ ilə əlaqədar  Azərbaycan Respublikasının baş naziri 14 avqust 2014-cü il tarixdə Sərəncam imzalamışdır. Sərəncama görə həmin binanın  istismara yararsız olduğu nəzərə alınaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə həmin binada yaşayan 113 ailənin köçürülməsi üçün   ailələrə dövlət vəsaiti hesabına maddi yardım ödəniləcək.
    Texniki məsələlərin operativ həlli məqsədi ilə rayon MKTB-yə, rayon xidmət sahələrinə və digər aidiyyatı təşkilatlara müvafiq tapşırıqlar verildi.

Keçidlər