116 saylı tam orta məktəbdə sakinlər ilə səyyar görüş keçirildi.
2014-cü il avqustun 22-də 116 saylı tam orta məktəbdə sakinlər ilə səyyar görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də, rayon sakinləri iştirak edirdilər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi.
Sakinlərdən Qurbanova Laləzar, Əliyeva Pərvanə, Abdullayeva Nazpəri, Məmmədova Afət, Məmmədova Gültəkin, Əliyeva Pakizə ( kollektiv müraciət) və başqaları çıxış edərək, rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların- küçələrin asfaltlanması, istilik və bəzi küçələrdə işıq təchizatının yaxşılaşdırılması, bəzi binaların zirzəmilərinə çirkab suların təmizlənməsi və s. aradan qaldırılmasını xahiş etdilər.
Sakinlər tərəfindən qaldırılan bu məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi, problemlərin tez bir zamanda aradan qaldırılması tapşırdı.