Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə səfərdə olan Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti Xətai rayonunda gəlmiş və rayon ərazisi ilə tanış olmuşlar.

02 sentyabr 2014 | 10:00

“KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqinin başçılıq etdiyi nümayəndə heyəti   Xətai rayonunda yerləşən Heydər Əliyev parkında  oldular. Məlumat verildi ki, ulu öndərin adını daşıyan parkın əsası 2000-ci ildə qoyulub. Əhalinin daha sıx yaşadığı əraziyə yaxın salınan parkda 8 mindən çox müxtəlif ağac növü, Türkiyədən, ispaniyadan, İtaliyadan gətirilən 300 ədəd palma, 3000-dən çox gül kolu əkilib. Parkda həmçinin, müasir işiqlandırma sistemi, müsiqili fantanlar, şəlalələr quraşdırılıb ki,bu da parka gələn qonaqların isti yay günlərində səmərəli istirahəti üçün lazımi şərait yaradır.
       Qonaqlar parkın ərazisində 2000-ci ildə Heydər Əliyevin və 2007-ci ildə prezident İlham Əliyevin əkdiyi ağaclara da baxdılar.
       Daha sonra qonaqlara “Bakı Ağ şəhər” layihəsi haqqında məlumat verildi. Bildirildi  ki, Bakının ekoloji cəhətdən ən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq, ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. Burada, həmçinin inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq.
        Daha sonra rayon İcra Hakimiyyətinə gələn qonaqlara İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  rayonda həyata keçirilən irimiqyaslı layihələr barədə   məlumat verdi. Bildirdi ki, Xətai rayonu paytaxtın ən iri sənaye rayonların biri hesab olunur. Burada bir sıra  iri sənaye müəssisələri, elmi tədqiqat və layihə institutları fəaliyyət göstərir. Dövlət başçısının tapşırığına əsasən, rayon ərazisində  aparılan genişmiqyaslı  işlər, həmçinin, Heydər Əliyev Fondunun rayonda həyata keçirdiyi sosial layihələr rayonun simasının daha da gözəlləşməsinə öz töhvəsini verir. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması İcra Hakimiyyəti tərəfindən görülən işlərin əsas tərkib hissəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlara uyğun olaraq, rayon İcra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb.
       Azərbaycanı çox sevdiyini deyən “KOSUQİ” şirkətinin rəhbəri Saki Kosuqi isə ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Bakıda gördüyü qonaqpərvərlikdən danışdı. Əlavə etdi ki, Azərbaycan gün-gündən inkişaf edir, beynəxalq layihələrə qatılır və hazırda regionun lider ölkəsidir. Qonaq həmçinin, gələcəkdə  həyata keçiriləcək layihələr barədə də məlumat verdi. Dedi ki, başçılıq etdiyi şirkət Azərbaycanın İsmayıllı rayonunda Yapon bağı salıb və gələcəkdə Xətai rayonunda da belə bir parkın salınmasını planlaşdırır. Bunun üçün ölkələr  arasında təkliflər paketi hazırlanıb. Saki Kosuqi Azərbaycanın geniş turizm potensialına malik olduğunu da diqqətə çatdırdı.
        Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu. İcra Hakimiyyətinin yeni istifadəyə verilmiş yeməkxanasında qonaqlar üçün çay süfrəsi təşkil olundu.

Keçidlər