Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində 2013-2014-cü il ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi.

04 sentyabr 2014 | 10:00

Görüşdə rayonun təhsil sahəsində əldə etdiyi uğurlardan da danışıldı.

    Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tələbə adını qazanan abituriyentləri təbrik etdi. Bildirdi ki,bu gün ölkədə təhsilin, onun maddi-texniki bazasının  möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının ölkədə yeni məktəblərin tikilməsi ilə bağlı tapşırıqları hər yerdə olduğu kimi Xətai rayonunda da uğurla icra olunur. Məktəblərin maddi-texniki bazasının  möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramı çərçivəsində rayon əraziisndə fəaliyyət göstərən 38 ümumtəhsil məktəbindən 22-i əsaslı təmir olunub. 2 məktəb tam sökülərək yerində müasir standartlara cavab verən məktəb binaları inşa edilib. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti,Mehriban Əliyevanın gördüyü işlər danılmazdır.          Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov və   rayonun ziyalıları   təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışdılar. Tələbə adını qazanan abituriyentlərə gələcək həyatlarında uğurlar arzuladılar. Tələbələr isə onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyeva minnətdarlıq etdilər.
     Daha sonra rayon üzrə ali məktəblərə qəbul zamanı əldə olunan nəticələr barədə məruzə dinlənildi.Qeyd olundu ki, Bu il rayon üzrə 2549 şagird orta məktəbi bitirib. Onlardan 1635 nəfəri ali məktəblərə qəbul olunub. Daxil olan abituriyentlər arasında 194 nəfər 500-dən, 80 nəfər 600-dən, 41 nəfər isə 650-dən yuxarı bal toplayıb. İki nəfər isə 700 bal yığaraq ən yüksək nəticəni göstərib. Bütün bunlarla yanaşı rayonun 77 məzunu dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub. 50 nəfərdən çox məzun isə prezident təqaüdünə layiq görülüb. 8 məzun orta məktəbi qızıl medalla başa vurub. Bu da respublika üzrə ən uğurlu göstərici hesab olunur.
      Tədbirin sonunda 2013-2014-cü il ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərən bir qrup tələbəyə və ən yaxsı məktəb adını alan təhsil ocaqların rəhbərlərinə hədiyyələr təqdim edildi.

Keçidlər