Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 194 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib

16 sentyabr 2014 | 10:00

Sentyabrın 16-da Xətai rayonunda 194 nömrəli tam orta məktəbin yeni inşa edilmiş binasının  açılış mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak edib.
     Təhsil nazirinin müavini Ceyhun Bayramov “Bilik Günü” və məktəbin yeni binasının açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək  onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir müavini  son illər ölkəmizdə çoxlu sayda yeni məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.
     Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini təhsilə, yetişən gənc nəslə dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirdi.
    Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışladı və övladlarına yaradılan bu şərait üçün ölkə başçısına öz minnətdarlığını bildirdi.  
     Açılışı münasibətilə lenti kəsildikdən sonra qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış oludular, şagird və müəllimlərlə söhbət edərək təəsüratlarını bölüşdülər.
    Məktəbdə həmçinin “Çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb.

Keçidlər