20-21 sentyabr tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsullarının satlşı yarmarkası keçirilir.
Bu gün Kənd Təssərrüfatı Nazirinin müavini İ.Quliyev və Xətai rayon İcra Hakimiyyəri başçısının birinci müavini R.Quliyev
Xətai rayonunda, Ukrayna dairəsi yaxınlığında H.Aslanov metrosuna gedən yolda M.Hadi küçəsində 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkasına olublar. Baxış zamanı fermerlər və sakinlərlə qısa söhbətlər aparılıb, problemləri ilə tanış olunub, müvafiq tapşırıqlar verilib.Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.