Şriftin ölçüsü :

Saytın rəngi :

27-28 sentyabr tarixlərində Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsullarının satlşı yarmarkası keçirilir

27 sentyabr 2014 | 10:00

27-28 sentyabr 2014-cü il tarixlərdə Xətai rayonunda, Ukrayna dairəsi yaxınlığında M.Hadi küçəsində 200 metr uzunluğunda sökülüb quraşdırılan çadırda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Yarmarkaya Biləsuvar, Salyan, Qax, Quba, Şəmkir, Kürdəmir, Astara və digər rayonlardan   müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.        Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə məhsulların qiymətlərinin  bazardakı qiymətlərlə müqayisəsi göstərilmişdir.
      Fəaliyyət göstərən yarmarkaların məqsədi paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək, bazarlarda mövcud qiymətlərin sabit saxlanmasıdır.

Keçidlər