Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ahillar günü” qeyd olundu.

02 oktyabr 2014 | 10:00

1 Oktyabr-Beynəlxalq ahıllar günü Xətai rayonunda da qeyd edilib. Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə 400-ə yaxın ahıl insan iştirak edib. Hazırda 269 min əhalisi olan rayonda 30 min insan pensiya ilə təmin olur. Onlar arasında 6 min nəfər müharibə əlili, 330 nəfəri isə ahıllar təşkil edir.
      Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov  tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin  diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Rayon ərazisində rayon İcra Hakimiyyəti, müxtəlif dövlət müəssisələri,  və digər təşkilatlar tərəfindən əlil, tənha və ahıl insanlar xüsusi qayğı ilə əhatə olunmuşlar.  Millət vəkili Hüseynbala Mirələmov, Xətai bələdiyyəsinin sədri Ədalət Fərəcov, rayon Ağsaqqallar şurasının sədri Qurbanəli Əlizadə və başqaları öz çıxışlarında son dövrlərdə belə insanlara dövlət qayğısının daha da artdığından söz açaraq bildirdilər ki, onların bir çox sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması, pensiya müavinətlərinin artırılması sahəsində verdiyi sərəncam və tapşırıqlar bunun bariz nümunəsidir. Buna görə bir daha dövlət başçısına öz minnətdarlığlarını bildirdilər. Tədbir konsert proqramı ilə davam etdirilib

Keçidlər