Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda müəllüm günü qeyd olumuşdur

03 oktyabr 2014 | 10:00

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Xətai rayonunda tədbir keçirilmişdir. Bu münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, həm ulu öndər Heydər Əliyevin dövründə, həm də bu gün müəllimə dövlət qayğısı həmişə  yüksək səviyyədə olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin təhsili prioritet istiqamətlərdən biri elan etməsi bu sahəyə diqqəti daha da artırıb. Son illərdə respublikanın hər yerində olduğu kimi Xətai rayonunda da yeni məktəblərin tikintisi, əsaslı təmiri və yenidənqurulması istiqamətində görülən işlər bunu bir daha təsdiq edir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın gördüyü işlər də danılmazdır. Qeyd olunub ki, hər il olduğu kimi bu il də rayon məktəbləri üçün uğurlu il olub. Belə ki, 2013-2014-cü tədris ilində 2549 şagird orta məktəbi bitirib ki, onlardan 1637 nəfəri ali məktəblərə qəbul olunub. Daxil olan abituriyentlər arasında 194 nəfər 500-dən, 80 nəfər 600-dən, 41 nəfər isə 650-dən yuxarı bal toplayıb. İki nəfər isə 700 bal yığaraq ən yüksək nəticəni göstərib. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq rayonun üç müəllimi “Əməkdar müəllim” adına layiq görülüb.Bir müəllimə isə “Tərrəqi” medalı verilib. Millət vəkili Hüseynbala Mirələmov, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov və digər çıxış edənlər ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə göstərilən  hərtərəfli qayğıdan danışdılar. Rayon müəlimləri isə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etdilər. Sonra təhsildə fərqlənən bir qrup müəlimə hədiyyələr təqdim olundu.

Keçidlər