Xətai rayonunda Qurban Bayrami qeyd olunub.
Müqəddəs Qurban bayram Xətai rayonunda da qeyd edilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə qəsəbə və kəndlərdə yaşayan şəhid ailələri, tənha və kimsəsizlərə, internat evlərinə, eləcə də İkinci Dünya, Qarabağ müharibələri veteranlarına, aztəminatlı ailələrə rayon ərazisində fəaliyyət göstərən hərbi hissələrə bayram sovqatları paylanılıb. Bildirib ki, müstəqil Azərbaycanda Qurban bayramı hər il dövlət səviyyəsində qeyd olunur, hər yerdə qurbanlar kəsilir. Bu gün, həm də kasıbla varlının bir-birinə diqqət göstərdiyi, həmrəy olduğu ən önəmli günlərdəndir. Yardıma möhtac olan, qayğı və diqqət gözləyən insanları yada salmaq, onları sevindirmək bu günün əsas prinsiplərindəndir. Bayram münasibətilə ümumilikdə 2000 ailə olmaqla 4 min nəfərə bayram payı verilib. 52 təşkilata isə 350 baş xırda və iki baş iribuynuzlu heyvan kəsilərək qurban sovqatı göndərilib