Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Kənd Təssərüfatı Naziri H.Əsədov və Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Xətai rayonunda da keçirilən bayram yarmarkasına baş çəkiblər.

04 oktyabr 2014 | 10:00

Müqəddəs Qurban bayramı münasibətilə Xətai rayonunda keçirilən ənənəvi bayram yarmarkası həmişə olduğu kimi Ukrayna dairəsi adlanan ərazidə keçirildi. Alıcıların çoxluğu,yarmarkada yaradılan şərait, əsl bayram abı havasından xəbər verirdi. Yarmarkada iştirak edən  kənd təsərrüfatı naziri Heydər Əsədov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, rayonun idarə  təşkilat və müəsisə rəhbərləri əvvəlcə yarmarkanın giriş hissəsində  Qurban bayramı ilə bağlı keçirilən qurbanlıq heyvanların satışı yarmarkası ilə tanış oldular. Nazir bildirdi ki, Bakı şəhərinin 8 yerində qurbanlıq heyvanların satış məntəqələri təşkil olunub. Satış məntəqələrinə təxminən 12 mindən çox heyvan çıxarılıb və heyvanların gətirilməsi davam edir. Nazir əlavə etdi ki, satış məntəqələrində qurbanlıq heyvanların kəsimi pulsuzdur.Həmin məntəqələrdə Bakı şəhərinin Baytarlıq İdarəsinin nümayəndələri işləyir. Burada həmçinin nazirliyin səyyar laboratoriyası fəaliyyət göstərir. Bura gətirilən hər bir qurbanlıq heyvanlar bir-bir yoxlanılır. Əhalinin tələbatını nəzərə alaraq qurbanlıq heyvanların satış qiyməti 90 manata endirilib.
      Sonra meyvə tərəvəz yarmarkasına baxış oldu.  Məlumat verildi ki, Yarmarkaya, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılıb. Əhalinin rahat şəkildə alış-verişini təmin etmək məqsədilə burada lazımı şərait yaradılıb. Yarmarkanın fəaliyyətinə normal şəraitin yaradılması, əhali və fermerlər üçün əlverişli ticarət mühitinin formalaşdırılması məqsədilə yarmarka genişləndirilib. Küçə ticarətinin qarşısının alınması, sui-istifadə hallarının aradan qaldırılması məqsədilə nazirlik və rayon icra hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülür. Yarmarkada əhaliyə 300-ə yaxın ton məhsul təklif olunub.

Keçidlər