Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı 56 saylı tam orta məktəbdə sakinlər ilə görüşdü

10 oktyabr 2014 | 10:00

2014-cü il oktyabr ayının  10-da Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun 56 saylı tam orta məktəbdə sakinlər ilə  səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlər çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Çıxış edən vətəndaşlar Həsənov Asif, Abbasov Şamil, Məmmədli Elşən, Salmanov Ramiz, Bağırova Sevda, Vəliyeva Sitarə, Əhmədova Xatirə, Verdiyeva Fərqanə və başqaları onları narahat edən bir sıra  nöqsan və çatışmazlıqların həllini və əsasən,   kommunal problemlər, daimi pasport qeydiyyatı ilə bağlı, köhnə liftlərin yeniləri ilə əvəz olunması,  bəzi küçələrdə işıqforların quraşdırılması,   məhəllədaxili küçələrdə asfalt örtüyünün dəyişdirilməsini xahiş etdilər. Həmçinin, “Ağ Şəhər” lahiyəsinin icrası ilə bağlı Ərzurum qəsəbəsində hələ köçürülməmiş aillər yolda ağır texnikaların hərəkəti ilə bağlı yolların yararsız vəziyyətə düşməsindən və sakinlərin hərəkətində çətinliklərin yaranmasından şikayət etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sakinlər tərəfindən qaldırılan bütün bu problemlərin  həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin, vətəndaşların müraciətlərinə xüsusi  həssaslıqla yanaşılmasını, onların icrasını nəzarətdə saxlamağı  tapşırdı.

Keçidlər