Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu keçirilmişdir.
13.10.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 17 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Məcidov Dilsuz, Bayramov Bayram, Verdiyev Şahin, Cabbarova Qüdrət, Süleymanova Afət, Namazov Elçin və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən, liftin yenilənməsi, damın təmir olunması, fərdi yaşayış evinin sənədləşdirilməsi, qaz xəttinin çəkilməsi, işsizlik, Cavanşir küçəsi 8 ünvanında yerləşən yataqxanada məskunlaşmış əhalinin köçürülməsi ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişlər.