Xətai rayonunda 2014-cü ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Xətai rayon icra hakimiyyətində 2014-cü ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonun əldə etdiyi uğurlar və qarşıda duran vəzifələrdən danışılıb.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, hər il olduğu kimi bu il də rayonun iqtisadi göstəriciləri yüksəlib. Müxtəlif sosial proqramlar uğurla icra edilib. Prezient İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rayonda əsaslı və kompleks yenidənqurma işləri görülür. Son illərdə dövlət başçısının Xətai rayonuna etdiyi səfərlər, rayonda gedən quruculuq və abadlıq işlərinə güclü təkan verib. Qeyd olundu ki, hesabat dövründə 3527 yeni iş yerləri yaradılıb. 1500 nəfər münasib iş yeri ilə təmin edilib. Əhalinin orta əmək haqqı rayon üzrə 560 manata çatdırılıb. Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafı dövlət proqramının icrası isə davam etdirilir. Dövlət proqramına uyğun olaraq 194 nömrəli məktəbin yeni müasir standartlara cavab verən binasının inşası, 63 nömrəli məktəbdə əlavə tədris korpusunun tikintisi, 171 nömrəli təhsil ocağında yeməkxana və akt zalının tikintisi başa çatdırılıb. Təhsil ocaqları ən son avadanllıqlarla təchiz olunub. Bununla yanaşı “Ağ şəhər” adlanan ərazidə inşa olunan və müasir memarlıq quruluşu ilə diqqət çəkən Fransız litseyi də görülən işlərin tərkib hissəsidir. Liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.
Rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasında Heydər Əliyev Fondunun dəstəyi və dövlət proqramı çərçivəsində yeni uşaq bağçalarının inşası, mövcud binaların isə əsaslı təmiri mühüm yer tutur. Nəzərdə tutulan 12 uşaq bağçasından 8-i artıq müasir şəkildə yenidən qurularaq balacaların ixtiyarına verilib.
Rayonda həyata keçirilən irimiqyaslı layihələr sırasına rayon icra hakimiyyətinin inzibati binasının yenidən qurulması işi də yer alır. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi inzibati bina müasir üslubda qurulub və ən son texnologiyalarla təhciz edilib. İnzibati binanın ətrafında yeni yaşıllıq örtüyü, çoxlu dekorativ ağaclar əkilib və park salınıb. Əraziyə
müasir işiqlandırma sistemi quraşdırılıb. Burada yaxınlıqda yaşayan əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.
Rayon əraziisndə həyata keçirilən “Ağ şəhər” layihəsinin icrası da uğurla davam etdirilir. Hüquq mühafizə orqanlarının işinin təkmilləşdiirməsi məqsədilə rayon Polis İdarəsi 35-ci Polis bölməsinin binası istifadəyə verilib.
Hesabat dövründə rayon ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib. Rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması rayon icra hakimiyyəti tərəfindən görülən işlərin əsas tərkib hissəsidir. Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Zığ yolu-Nobel prospekti boyunca relyefə uyğun 100 min kvadrat metrə yaxın ərazidə yaşıllıq
massivləri salınıb.
Rayonda yolların təmiri və tikintisi də daim diqqətdə saxlanılıb. Belə ki, Gəncə prospektində hərəkətin təhlükəsizliyi baxımından bu yol iki tərəfli olmaqla yenidən qurulur və prospekt müasir işıqlandırma sistemi
ilə təchiz olunur. Ümumilikdə yollara və binaların qarşısına hesabat dövründə 80 min kvadrat metrə yaxın asfalt örtüyü vurulub.
Tədbir boyunca bütün bu görülən işləri özündə əks etdirən diaqramlar və qrafiklər, foto və video materiallardan ibarət video-slayd xüsusi quraşdırılmış monitorda tədbir iştirakçılarına nümayiş etdirildi.
Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov və digər məruzəçilər respublikamızda, həmçinin Xətai rayonunda həyata keçirilən işlərdən danışdılar. Dövlət başcısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq rayonun müvafiq strukturlarının fəaliyyəti təhlil olundu, qarşıda
duran vəzifələrdən söhbət açıldı.