Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon Mühafizə İdarəsinin yeni inzibati binası istifadəyə verildi

18 oktyabr 2014 | 10:00

     Oktyabrın 18-də, Müstəqillik günündə Xətai Rayon Mühafizə İdarəsinin yeni tikilmiş binasının açılış mərasimi olmuşdur. Mərasimdə nazir müavini, polis general-leytenantı Oruc Zalov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da  iştirak etmişlər.
     İdarənin şəxsi heyətini salamlayan və daxili işlər naziri, general-pokovnik Ramil Usubovun salamını şəxsi heyətə çatdıran nazir müavini bildirmişdir ki, artıq iyirmi üç ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Keçən müddət  ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Bütün bunlar onun göstəricisidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bəşəri dəyərlərin möhkəm yer tutduğu müasir, qüdrətli bir dövlətə çevrilmişdir.
      Daxili işlər orqanlarının da bu prosesdə fəal iştirakını vurğulayan polis general-leyenantı O.Zalov nazirliyin mühüm qurumu kimi Baş mühafizə İdarəsinin də gündən-günə inkişafını, sıralarını sağlam, savadlı gənc əməkdaşlarla möhkəmləndirdiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin və insanların əmlakının mühafizəsində göstərdiyi xidmətlərin ölkə və DİN rəhbərliyinin diqqətində olduğunu, keçirilmiş islahatlar, görülmüş uğurlu tədbirlər nəticəsində vətəndaşların, obyekt sahiblərinin öz əmlaklarının, fərdi evlərinin qorunması üçün məhz bu quruma üz tutduğunu, digər daxili işlər orqanlarında olduğu kimi, mühafizə polisinin də maddi-texniki bazasının möhkəmləndirilməsindən sonra bu sahədə əsaslı dönüşün yarandığını nəzərə çatdırmışdır.
     Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd etmişdir ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.
      Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır.
     Sonra çıxış edən  Baş mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev demişldir ki, dövlət müstəqilliyimizin növbəti ildönümü ərəfəsinə təsadüf edən bu mərasim özü də əlamətdar hadisədir və bina şəxsi heyətə əsl bayram hədiyyəsidir. O, əmin olduğunu bildirmişdir ki, Xətai Rayon mühafizə İdarəsinin əməkdaşları bundan sonra da xidmətdə ayıq-sayıq duracaq, DİN rəhbərliyinin yüksək diqqət və qayğısına öz uğurları ilə cavab verəcəklər.
     Yeri gəlmişkən, binanın tikintisinə keçən ilin dekabrından başlanılmışdır. Avropa standartlarına cavab verən inzibati binada xidmət üçün hər cür şərait vardır, dənizlə üzbəüz olan iki mərtəbəli inzibati bina müasir texniki avadanlıq, mebellə, kommuniikasiya sistemi ilə təchiz olunmuş, ətrafında yaşıllıqlar salınmış, həmişəyaşıl ağaclar əkilmişdir.

Keçidlər