Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblilərinin spartakiadası davam edir.

20 oktyabr 2014 | 10:00

      Xətai rayon icra hakimiyyəti və   rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 13-14 oktyabr 2014-cü il tarixlərdə 264 №li tam orta məktəbin bazasında rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan qızlar arasında “4-Növçülük” idman növü üzrə yarış keçirilmişdir.Yarışlarda 15 komanda iştirak etmiş,hər komandanın  tərkibi 6 nəfərdən ibarət olmuşdur. Yarışlarda  birinci  yeri 269 №li, ikinci  yeri 138 №li, üçüncü yeri 204 №li tam orta məktəblərin komandaları tutmuşlar.
      15-17 oktyabr 2014-cü il tarixlərdə isə həmin məktəbin bazasında oğlanlar arasında yarışlara start verilmişdir. Qeyd edək ki, yarışların proqramına 60 metr, 800 metr məsafəyə qaçış və tennis topunun uzaq məsafəyə  atılması daxildir. Oğlanların yarışında birinci yerə 249 №li, ikinci  yerə 269 №li, üçüncü  yerə 17 №li tam orta məktəblərin komandaları layiq görülmüşlər.
Yarışlarda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.     
       Rayon turunda qalib gəlmiş məktəblərin komandaları Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışlara vəsiqə qazanmışlar.

Keçidlər