Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ordudan təxris olunan gənclərlə görüş keçirilib.

21 oktyabr 2014 | 10:00

       Xətai rayon icra hakimiyyətində dövlət başçısının 10 sentyabr 2014-cü il sərəncamı ilə ehtiyata buraxılan əsgərlərlə görüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətdə saxlamaqdır. Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək,əvvəlcə silahlı qüvvələrimizin qüdrətindən, dinamik inkişaf edən ölkəmizdə    bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da gedən böyük irəliləyişlərdən danışdı. Bildirdi ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir mütəşəkkil ordu yaratmaqla Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən birinə nail oldu. Ulu öndərin rəhbərliyi altında qısa müddətdə Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ölkəmizi regionun lider dövlətinə çevirən Prezident İlham Əliyevin ardıcıl səyləri və kompleks tədbirləri nəticəsində isə hazırda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri həll etməyə qadir bir ordudur.             Tədbirdə iştirak edən millət vəkili Hüseynbala Mirələmov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Eldar Tağıyev və digər çıxış edənlər gəncləri təbrik edərək ordu quruculuğunda görülən işlərdən danışdılar. Vurğulandı ki,dövlət başçısının məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi olaraq    indi Azərbaycan Silahlı Qüvvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir.    Taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması da bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın    müasir şəraiti,hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır .
         Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər çıxış edərək onlara göstərilən diqqətdən razılıqlarını bildirdilər.
        Tədbir çəçivəsində “Hər şey qələbə üçün” adlı hərbi kitabın təqdimatı da oldu.
      Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və rayon İcra Hakimiyyəti tərəfindən hədiyyər təqdim olundu.

Keçidlər