Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon icra hakimiyyətinin əməkdaşları uşaq evində olublar.

23 oktyabr 2014 | 10:00

”Uşaq hüquqları aylığı” çərçivəsində Xətai rayon icra hakimiyyətinin nümayəndələri Xətai rayonundakı 3 saylı uşaq evinin Buzovna qəsəbəsində fəaliyyət göstərən yay istirahət düşərgəsinin sakinləri ilə görüşüb.
    Xətai rayon icra hakimiyyətinin nümayəndələri əvvəlcə 3 saylı uşaq evinin sakinlərinin əl işlərindən ibarətsərgiyə baxdılar. Sonra yay istirahət düşərgəsində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, dördmərtəbəli bina Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2010-cu ildə yenidən qurulub. 120 yerlik düşərgədə uşaqlar üçün, istirahət, əyləncə, müxtəlif tədbirlərin keçirilməsi üçün zallar, kompüter otağı, kitabxana, futbol meydançası yaradılıb. Bu cür görüşlərin keçirilməsində məqsəd   uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.
     Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva son
illər uşaqların problemləri ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən
işlərdən danışdı. Bildirdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir və ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Əsası ulu öndər Heydər    Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılıb, bu sahəyə diqqət və qayğı artırılıb. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu
öndərin adını daşıyan fond yarandığı ilk gündən valideyin himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
        ”Uşaq hüquqları aylığı” çərçivəsində internat evinin sakinlərinin ifasında bir-birindən gözəl rəqs nümunələri, səhnəciklər nümayiş olundu.Görüşün sonunda uşaqlara hədiyyələr paylanıldı.
     

Keçidlər