Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Naximov yaşayış sahəsində sakinlərlə görüşdü

25 oktyabr 2014 | 10:00

Bu gün 25 oktyabr 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov Naximov yaşayış sahəsində sakinlərlə görüşdü. Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , eləcə də, rayon  sakinləri  iştirak edirdilər.   
     Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verildi. Sakinlər isə öz növbəsində rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi problemlərin həllinə - küçələrin asfaltlanması,  istilik təchizatının yaxşılaşdırılması,   bəzi küçələrin işıqlandırılmasını, eləcə də dənizkənarı ərazidə təmizlik və abadlıq işlərinin aparılmasını xahiş etdilər.  Sakinlər tərəfindən  qaldırılan bu məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi, problemlərin tez bir zamanda aradan  qaldırılması tapşırdı.
       Görüşdən sonar qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirildi, müvafiq tapşırıqlar verildi.

Keçidlər