Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ümumrayon iməcliyi keçirilib.

01 noyabr 2014 | 11:00

Bu gün rayon ərazisində həyata keçirilən abadl-quruculuq işləri çərçivəsində ümumrayon iməciliyi keçirilib.  Bir sıra küçələrədə yol kənarlarına  yeni ağac tingləri əkilib.
       Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq Xətai rayonunun da simasının gözəlləşdirilməsi, ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Son illər ərzində əhalinin istirahətini təmin etmək məqsədilə rayon ərazisində yeni ağac tingləri, yaşılıq zolaqları, park və meydanlar salınır, iməcliklər keçirilir. Bu ənənin davamı olaraq rayonun bir sıra küçə və prospektlərində, ağacəkmə kampaniyası keçirildi. Rayon icra hakimiyətinin başçısı Razim Məmmədovun, rayonun idarə, müəssisə rəhbərlərinin də iştirak etdiyi aksiyada 800 ədəd müxtəlif növ ağac və dekorativ kollar əkildi. Ağacların inkişafı üçün əraziyə gübrələr verildi və sulandı. Rayonun florasının zənginləşdirilməsi məqsədilə bir sıra xarici ölkələrdən yeni ağac tingləri gətirilib. Ümumilikdə isə bu ərazilərdə  yaşılıqların salınması  Bakı və Bakı ətrafı   ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına  xidmət edir. Ağacların əkilməsi rayonun digər küçə və prospektlərində  də aparıldı. Rayonda həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində məhəllələrdə iməcliklər aparılıb. “Nümunəvi həyət”in salınması işləri isə davam etdirilir. Belə layihələri həyata keçirməklə rayon icra hakimiyyətinin səyyar və yerli qəbulları zamanı sakinlər tərəfindən bir sıra məsələlərin, o cümlədən yeni yaşıllıqların salınması, yaşayış binalarının qarşısında bəzi vətəndaşlar tərəfindən qeyri – qanuni zəbt edilmiş ərazilərdə çəpərlərin sökülməsi və s. ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb. Hazırda rayonun Gəncə prospekti, İnqilab İsmayılov küçəsi və digər ərazilərində yeni yaşıllıq örtüklərin salınması işlərinə başlanılıb. Ərazidə təmizlik işləri aparılır, qurumuş ağaclar kəsilir, yarımçıq tikililər sökülür. Əhalinin rahat istirahətinin,gediş gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız ərazilər bərpa olunur. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində görülən işlər həmçinin Nobel prospekti və Zığı şossesində də eyni qayda ilə  aparılır. İməclik və ağacəkmə kampaniyası bir sıra səhiyyə müəssiələrinin həyətlərində də aparıldı. Əraziyə ymüxtəlif növ yeni ağac tingləri əkildi.

Keçidlər