Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” Milli intelektual Oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

31 oktyabr 2014 | 11:00

      31 oktyabr  2014-cü il tariхdə 95 №li tam orta məktəbdə şagirdlər arasında  milli intelektual səviyyəni artırmaq  məqsədi ilə  «Xəmsə» Milli İntellektual Oyunu üzrə rayonun  yuxarı sinif şagirdləri arasında   rayon birinciliyi keçirilmişdir.
      Müsabiqədə rayonun 30- dan artıq  komandası iştirak etmişdir. Gərgin keçən   bilik yarışında rayonun 261 №li tam orta məktəbin komandası I  yerə, 287 №li "Zəkalar" liseyinin komandası II – yerə, Humanitar Fənlər Təmayüllü Liseyinin komandası III – yerə layiq görülmüşlər. 204 №li tam orta  məktəbin komandası isə fərqləndirici yerlə kifayətlənmişdir. 
       I və II yeri tutmuş komandalar noyabr ayında Bakı şəhər Zona birinciliyində iştirak edəcəklər. Komandalarımıza` uğurlar arzulayırıq!

Keçidlər