Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı İnqilab İsmayılov küçəsi 3 və 5 saylı binaların sakinləri ilə yenidən görüşdü.

04 noyabr 2014 | 11:00

   Rayon İcra Hakimiyyəti başçısının rayonun müxtəlif ərazilərində keçirilən səyyar qəbulları çərşivəsində icra başçısı Razim Məmmədov bu ilin yay aylarında İnqlab İsmayılov küçəsi 3 və 5 saylı, eləcə də ətraf binaların sakinləri ilə görüşmüşdür. Növbəti belə görüş 3 noyabr 2014-cü il tarixdə yenidən həmin ünvanda baş tutdu.
   Başçı Razim Məmmədov keçən bu müddət ərzində sakinləri narahat edən  problemləri ilə maraqlandı.  Sakinlər rayon ərazisində, o cümlədən İnqlab İsmayılov küçəsində aparılan abadlıq-quruculuq işlərinin gedişindən, qaldırdıqları problemlərə operativ reaksiya göstərilməsindən razılıq etdilər. Xüsusən də, yay aylarında ərazinin təmizlənməsi, səliqə-səhman yaradılması və bir sıra məhəllədaxili ərazilərə asfalt örtüyünün  vurulması sakinlərin razılığına səbəb olmuşdur. Lakin, bəzi ərazilərdə qeyri-qanuni zəbt olunmuş yaşıllıq zonaları hələ də qalmaqdadır, digər ərazilərdə isə bəzi işbazlar zəbt etdikləri ərazilərdə yaşıllıqlara qənim kəsilirlər. Ona görə də,  belə halların qarşısının alınması xahiş olundu.
  Vətəndaşlara məlumat verildi ki, artıq şənbə günündən etibarən  rayon ərazisində mütəmadi olaraq, iməciliklərin keçirilməsinə start verilib. Bu işlər çərçivəsində bütün həyətlərdə bəzi vətəndaşlar tərəfində qeyri-qanuni çəkilmiş çəpərlər sökülür, yaşıllıq zonaları, idman və istirahət güşələri yaradılır.         
   Görüşdə həmçinin rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi və sakinlərin rifah halının yaxşılaşdırılması üçün bu işlərin bundan sonra da  davam etdiriləcəyini bildirdi. 
   Sakinlər onların müraciətlərinə belə həssaslıqla yanaşılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
  Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Həmçinin vətəndaşların şikayətlərinin operativ  həll olunmasını tapşırdı.

Keçidlər