Şriftin ölçüsü :

Saytın rəngi :

“Dama” idman növü üzrə yarış.

05 noyabr 2014 | 11:00

    Xətai rayon icra hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27-31 oktyabr 2014-cü il tarixlərdə Xətai rayon “Dama-Şahmat” Klubunda rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Dama” idman növü üzrə yarış keçirilmişdir.Yarışda 20 komanda iştirak etmiş,hər komandanın  tərkibi 4 oğlan və 2 qızdan    ibarət olmuşdur. Yarışda  birinci  yeri 249 №li, ikinci  yeri 269 №li, üçüncü yeri 98 №li tam orta məktəblərin komandaları tutmuşlar.
      Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
      Rayon turunda qalib gəlmiş məktəbin komandası Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışlara vəsiqə qazanmışdır.

Keçidlər