Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət bayrağı günü münasibətilə Xətai rayonunda silsilə tədbirlər keçirilir.

05 noyabr 2014 | 11:00

      Dövlət bayrağı günü münasibətilə Xətai rayon 263 saylı orta məktəbdə keçirilən tədbirdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlardan danışıldı.   
      Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət olan sərgi nümayiş etdirildi.
      Sonra bayram münasibətilə şagirdləri təbrik edən rayon icra hakkimiyyəti başçısının müavini Jalə Abdıyeva ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən və ulu öndərin üçrəngli bayrağımıza verdiyi dəyərdən söhbət açdı. Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı da milli suverenliyin simvolu kimi qəbul olundu. Bildirdi ki, bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm naliyyətlərə imza atıb. Ölkədə icra olunan nəhəng layihələr Azərbaycanın beynəlxalq arenada özünə layiq yer tutmasına geniş imkanlar açıb. Ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunması istiqmaətində mühüm xidmətlər göstərir.
      Tədbir məktəblilərin ifasında ədəbii-bədii kompazisiyanın nümayişi ilə davam etdi.
      Bayraq günü rayonun 95 saylı orta məktəbində də qeyd olundu. Çıxış edən tədbir iştirakçıları  Prezident İlham Əliyevin sərəncamı ilə hər il qeyd olunan bayraq gününün  rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə də təntənə ilə keçirildiyini bildirdilər. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Çıxışlarda vurğulandı ki, ölkədə milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
     Tədbir çəçivəsində məktəblilərin ifasında Azərbaycan tarixindən bəhs edən səhnəciklər, şerlər, musiqilər səsləndi.
     Hər iki tədbirdə bu təntənəli gün münasibətilə şer, rəsm və inşa müsabiqələrinin qaliblərinə fəxri-fərmanlar təqdim olundu

Keçidlər