Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda şahmat üzrə yarış keçirilmişdir.

05 noyabr 2014 | 11:00

   Xətai rayon icra hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03-06 oktyabr 2014-cü il tarixlərdə Xətai rayon Dama-Şahmat Klubunda rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan “Şahmat” idman növü üzrə yarış keçirilmişdir.
     Yarışda rayonun 19 məktəb komandası tərkibində 114 nəfər məktəbli (onlardan 38 nəfəri qızlardır) iştirak etmişdir. Olimpiya sistemi üzrə keçirilən yarışda  birinci  yeri 269 №li, ikinci  yeri 27 №li, üçüncü yeri 261 №li tam orta məktəblərin komandaları tutmuşlar.
     Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.    
     Rayon mərhələsində qalib gəlmiş məktəbin komandası 24-26 noyabr 2014-cü il tarixlərdə “Şahmat” idman növü üzrə  Bakı şəhər məktəbliləri arasında keçiriləcək yarışa vəsiqə qazanmışdır.

Keçidlər