Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəbliləri Dövlət Bayrağı Meydanında olub.

05 noyabr 2014 | 11:00

9 Noyabr- Bayraq günü münasibətilə Xətai rayonunda fəaliyyət göstərən bir sıra məktəblərin şagird və müəllim kollektivi  Dövlət Bayrağı Meydanında olub.
     9 Noyabr - Bayraq günü münasibətilə keçirilən tədbirdə əvvəlcə, şagird və müəllim kollektivinə Dövlət Bayrağı Meydanı haqqında məlumat
verildi. Bildirildi ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın
30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Diqqətə çatdırıldı ki, ümumi ərazisi 60 hektar olan meydanda inşa olunan dayağın hündürlüyü 162 metrdir.
     Daha sonra şagirdlər meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış oldular. Bildirildi ki,
muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud dövlətlərin,
xanlıqların    bərpa olunan bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid gerblər, nümayiş olunur.    Burada Azərbaycanın müxtəlif illərdə
qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri,
orden və medalları da həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanın, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri var. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur.
     Məktəblilər Bayraq meydanından xoş təəssüratlarla ayrıldılar.

Keçidlər