Xətai rayonunda ağacəkmə kompaniyası.
7 noyabr 2014-cü il tarixində Xətai rayonunda "İDEA" İctimai Birliyi tərəfindən həyata keçirilən birinci" Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində ümumrayon ağacəkmə kampaniyası keçirildi.
Rayon icra hakimiyətinin başçısı Razim Məmmədovun, rayonun idarə, müəssisə rəhbərlərinin də iştirak etdiyi aksiyada 1000 ədəd müxtəlif növ ağac və dekorativ kollar əkildi. Ağacəkmə kampaniyası əsasən, rayonun İnqilab İsmayılov, Məzahir Rüstəmov və S.Ə.Şirvani küçələrində aparıldı. Ağacların inkişafı üçün əraziyə gübrələr verildi və sulandı. Rayonun florasının zənginləşdirilməsi məqsədilə bir sıra xarici ölkələrdən yeni ağac tingləri gətirilib. Bu ərazilərdə yaşıllıqların salınması Bakı və Bakıətrafı ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına xidmət edir. Ağacların əkilməsi rayonun digər küçə və prospektlərində və rayonun bir sıra səhiyyə müəssisələrinin həyətlərində də aparıldı. Əraziyə müxtəlif növ yeni ağac tingləri əkildi.