Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı 261 saylı orta məktəbdə sakinlər ilə görüşdü.

07 noyabr 2014 | 11:00

2014-cü il noyabrın 7-də   Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun 261 saylı tam orta məktəbdə  sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , eləcə də rayon  sakinləri  iştirak edirdilər.
       Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən   Əmirova Sevda, Şərifov Əhməd, Quliyev Mətləb, Nurəhmədov Namiq, Məmmədəliyev Malik, Quliyev Etibar və başqaları  rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair  aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər