Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ümumrayon iməcliyi davam edir.

08 noyabr 2014 | 11:00

  Xətai rayonu ərazisində ümumrayon iməciliyi davam edir.  Bu işlər çərçivəsində noyabr ayının 8-də də də sıra küçələrədə yol kənarlarına  yeni ağac və dekorativ kollar əkilməklə yanaşı vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərləri də sökülərək həmin ərazilərdə abadlıq işlərinə başlanmışdır. Həmçinin ərazidə təmizlik işləri aparılır, qurumuş ağaclar kəsilir, yarımçıq tikililər sökülür. Əhalinin rahat istirahətinin, maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız səkilər bərpa olunur. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində görülən işlər həmçinin İnqlab İsmayılov, M.Hadi, Şirvani və M.Rüstəmov küçələrində, Gəncə prospektində və Zığı şossesində də eyni qayda ilə  aparılır. İməclik və ağacəkmə kampaniyası bir sıra təhsil və səhiyyə müəssiələrinin həyətlərində də aparılır. Əraziyə müxtəlif növ yeni ağac tingləri və dekorativ kollar əkilir.

Keçidlər