H.Əliyev adına Ali Hərbi Məktəbdə Dövlət Bayrağı günü münasibətilə tədbir keçirildi
Xətai rayonu icra hakimiyyətinin təşkilatçılığı ilə Dövlət bayrağı günü Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də keçirildi.Tədbir dövlət himninin səslənməsi ilə başladı.Ali hərbi məktəbin kollektivini əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva müqəddəs dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının simvolu olduğunu dedi. Bildirdi ki, Ulu öndər ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət bayrağı milli suverenliyin simvolu kimi qəbul olundu. Bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin Prezident İlham Əliyevin olduğunu vurğuladı.Məhz dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikanın hər yerində,ölkə hüdudlarından kənarda dövlət bayrağı günü kimi qeyd edilir. Ulu öndərin adını daşıyan və milli-mənəvi dəyərlərimizə yüksək ehtiramı ilə seçilən Heydər Əliyev Fondu da dövlət rəmzlərimizin qorunmasını istiqmaətində mühüm xidmətlər göstərir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Füzuli Salahov isə vurğuladı ki, ölkədə milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.Qeyd olundu ki, dövlət başçısının məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi olaraq indi Azərbaycan Silahlı Qüvvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Sonda incəsənət ustaları rəngarən musiqilər səsləndirdilər. Rayon mədəniyyət kollektivi ifasında xalq rəqsləri nümayiş olundu.