“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəbliləri Gəncə şəhərindədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyanın ikinci mərhələsində Xətai rayonunun IX-XI sinif şagirdləri respublikamızın qərb bölgəsi ilə tanışlıq məqsədilə noyabrın 9-da Heydər Əliyev parkında aksiya iştirakçılarını yolasalma mərasimi keçirildi. İlk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyuld. Sonra İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva aksiya iştirakçılarını salamlayaraq tədbirin məram və məqsədi barədə məlumat verərək bildirdi ki, buaksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı ilə həyata keçirilən tədbirdir. Bu səyahət zamanı çagirdlərimiz Gəncə şəhəri, Şəmkir və Göy-Göl rayonunda olacaqlar.Tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdlərinin Azərbaycanın tarix, füsunkar təbiəti və tarixi abidələri yaxından tanış olmasıdır.
Aksiya iştirakçıları həmin gün Gəncə şəhərinə gəldilər . Heydər Əliyev park-kompleksindəki Zəfər tağı qarşısında səmimiyyətlə qarşılanan məktəblilərə şəhər icta hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva bu qədim şəhər haqqında qısa məlumat verib və bildirib ki, tur-aksiya çərçivəsində onlar bölgə haqqında, onun maddi-mədəni abidələri, muzeyləri, habelə müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər. Sonra məktəblilər şəhərlə tanışlığa parkdakı Heydər Əliyev Mərkəzindən başlayıblar.Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tur-aksiya iştirakçıları abidə önünə gül dəstələri qoyduqdan sonra mərkəzlə yaxından tanış olublar.Burada şagirdlərə məlumat verilib ki, dördmərtəbəli bina ən mötəbər tədbirlərin keçirildiyi məkandır. Əsası inşasına 2012-ci ildə başlanan mərkəz ölkə başçısı İlham Əliyevin iştirakı ilə 2014-cü ildə istifadəyə verilib. Burada 10D formatlı kinozal, elektron kitabxana, konfrans zalları, intellektual oyunlar üçün otaq, sərgi salonu və sair fəaliyyət göstərir. Məktəblilər mərkəzin birinci mərtəbəsində ulu ödər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxdıqdan sonra parkı gəzib və burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış oldular.
Noyabrın 10-da isə tur-aksiya iştirakçıları yeni günə səhər yeməyindən sonar Azərbaycan Respublikasının dövlət himnini ifa etməklə başladılar. Sonra məktəblilərin avtobusu Gəncə Qala qapılarına tərəf istiqamətləndi. Burada şagirdlərə qədim qala qapıları barədə məlumat verildi, uşaqlar tarixi eksponatlarla tanış oldular. Azərbaycanın g örkəmli mütəffəkir-şairi Nizami Gəncəvinin məqbərəsini və muzeyi, Məhsəti Gəncəvi mərkəzini ziyarət edən tur iştirakçılar bu gəzintidən və məlumatlardan məmun qaldılar.
Tur aksiya davam edir.