Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya günü münasibətilə Xətai rayonunun bir sıra təhsil müəssisələrində tədbirlər keçirilib.

11 noyabr 2014 | 11:00

       12 noyabr- Konstitusiya günü münasibətilə Xətai rayon 138 saylı orta məktəbdə tədbir keçirildi. Tədbirdə Azərbaycanda milli mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlardan danışıldı. Rayon icra hakimiyyəti başçının müavini Jalə Abdıyeva Konstitusiyamızın tarixindən danışaraq Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi. Bildidi ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz  möhkəmləndi, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
       Tədbirdə həmçinin qeyd olundu ki, bayraq günü münasibətilə qızlar arasında keçirilən respublika voleybol yarışlarında  138 saylı məktəbin qızlardan ibarət komandası birinci yeri tutub. Bu uğur münasibətlə rayon İcra Hakimiyyəti tərəfindən komanda üzvlərinə mükafatlar təqdim edildi.
        Konstitusiya günü 245 saylı məktəbdə də qeyd edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirdilər. Çıxışlarda
Konstitusiyanın qəbul olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunması, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapması Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi addımdır.
        Tədbirin sonunda şagirdlərin ifasında ədəbi-bədii kampazisiya nümayiş olundu.

Keçidlər