Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda məktəblilər arasında üzgüçülük üzrə rayon birinciliyi keçirilmişdir.

12 noyabr 2014 | 11:00

Xətai rayon icra hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 noyabr 2014-cü il tarixində 15№li Uşaq Gənclər İdman Məktəbində “12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü”nə həsr olunmuş yeniyetmə oğlanlar və qızlar arasında “Üzgüçülük” idman növü üzrə rayon birinciliyi keçirilmişdir.Yarış qızlar arasında dörd yaş qrupunda,oğlanlar arasında beş yaş qrupunda keçirilmişdir.
Yarışın mükafatlandırma mərasimində rayon icra başçısının müavini Jalə Abdiyeva, şöbə müdiri Kamran İsmayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və digər rəsmi şəxslər iştirak etmişdir.Sonda fəxri yerləri tutmuş idmançılar diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər