Xətai məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə, Şəmkir, Göygöl rayonlarına yola düşdülər.
Xətai rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarını yolasalma mərasimi keçirildi. Bu layihəsi çərçivəsində rayon üzrə 40 şagird 4 gün ərzində Gəncə, Göygöl, Şəmkir şəhəri ilə tanış olacaqlar.Turun keçirilməsində əsas məqsəd ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanımaqdır.
Rayon rəhbərliyi, müəllimlər və valideynlər aksiyada iştirak edən məktəbliləri Gəncə,Göygöl və Şəmkirə yola salmaq üçün Xətai rayonunda yerləşən H.Əliyev adına parka toplaşdılar. Rayon rəhbərliyi və şagirdlər əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abinənin önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Çıxış edən müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirdilər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, Gəncə, Göygöl, Şəmkir şəhərin görməli yerlərini gəzəcəklər.
Şagirdlər isə onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq
etdilər.
Tədbir başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə şəhərinə yola düşdülər.