“Ölkəmizi tanıyaq” tur-aksiyasından qayıdan şagirdləri təntənəli qarşılama mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyanın ikinci mərhələsində Xətai rayonunun IX-XI sinif şagirdlərinin respublikamızın qərb bölgəsinə səyahəti başa çatdı. Bu münasibətlə rayonun Ukrayna dairəsi yaxınlığında iştirakçıları qarşılanma mərasimi təşkil olunub. 9 noyabr Bayraq günündə yola çıxan şagirdlər Gəncə, Şəmkir, Göygöl rayonlarına səyahətdən sonra 12 noyabr Konstitusiya günü qayıdıblar. Səfərdən qayıdan şagirdləri gətirən avtobusu həyacanla gözləyən valideyinlər, Xətai rayon İcra hakimiyyətinin nümayəndələri, rayon sakinləri bir anlığa şagirdlərin surprizi ilə qarşılandılar. Şagirdlər avtobusdan düşərək əsgəri addımlarla Ulu Öndər Heydər Əliyevin abidəsi önünə yaxınlaşaraq Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər. Sonra isə hazırladıqları hərbi vətənpərvərlik mövzusunda fləşmobu təqdim etdilər.
Təntənəli qarşılanma mərasimində rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva uşaqları salamlayaraq bildirdi ki, bu layihə çərçivəsində şagirdlərimiz ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarında tarixi abidələr, muzeylər, regionların sosial iqtisadi inkişafı ilə tanış olmaqla yanaşı, ölkəmizin füsunkar təbiəti ilə də tanış olublar. Əlbəttəki bu maarifləndirici turist səfərləri yetişən gəncliyin həyatında önəmli rol oynayır.
Bu aksiya zamanı tur-aksiyanın iştirakçıları Xətai məktəbliləri bir ilkə də imza atdılar. Belə ki, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən bu aksiya zamanı Gəncə şəhərində ilk “fləşmob”u məhz bu şagirdlər həyata keçirdi.
Bu aksiya çərçivəsində noyabrin 14-də şagirdlərin növbəti qrupu eyni marşurutla səyahətə yola düşəcək