Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətində qış mövsümünə keçilməsi ilə bağlı müşavirə.

14 noyabr 2014 | 11:00

   14.11.2014-cü il tarixdə  rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin , bələdiyyə sədrləri, xidmət sahələrinin, MKTB-nin, Sahə İnzibati Ərazi Dairələrinin, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə qış mövsümünə keçilməsinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin icrasının müzakirəsi aparıldı. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qış mövsümünə keçilmə ilə bağlı əhaliyə verilən təbii qazın təzyiqinin artırılması, bədbəxt hadisələrin qarşısının alınması məqsədilə mənzillərdə qaz sobalarından istifadəyə nəzarətin gücləndirilməsi, istilik sistemlərinin qoşulma işinə nəzarətin artırılması üçün aidiyyatı idarələrin rəhbərlərinə xüsusi tapşırıqlar verdi.
   Razim Məmmədov  həmçinin, “Ağ şəhər” lahiyəsi ilə bağlı əhalinin köçürülmə işlərinin vəziyyəti, məhəllədaxili ərazilərdə əhali tərəfindən qanunsuz olaraq zəbt edilmiş və çəpərlənmiş ərazilərin təmizlənməsi, məişət tullantılarının vaxtlı-vaxtında daşınması və bunun üçün yeni zibil yeşiklərinin və zibildaşıyan maşınların alınması məsələsinin müzakirəsi, süni qiymət artımının qarşısının alınması üçün hər həftə rayon ərazisində fəaliyyət göstərən yarmarkaların təşkili və bu zaman yol verilən neqativ halların qarşısının alınması, rayon ərazisində son aylarda geniş vüsət alan ağöacəkmə kampaniyası və ümumrayon iməcliklərinin yüksək səviyyədə təşkili, vətəndaş qəbulları zamanı qaldırılan məsələlərə xüsusi həssaslıqla yanaşılmasının vacibliyi və bu işin həm, xidmət sahələrində, həm də aparatın məsul işçiləri tərəfindən aparılmasının vacibliyini diqqətə çatdırdı.

Keçidlər