Xətai rayonunda növbəti ümumrayon iməcliyi Telnov və M.Hadi küçələrində keçirilmişdir.
Xətai rayonu ərazisində 15-16 noyabr 2014-cü il tarixdə növbəti Təmizlik və zbadlaşdırma işləri bu dəfə bir sıra küçələrədə, xüsusən də Telnov və M.Hadi küçələrində də vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş yaşıllıq zonalarının çəpərləri sökülərək məişət tullantılarından təmizlənmiş, ağcaların budaqları budanmış, qeyri qanuni tikililər sökülmüşdür. Ərazidə sakinlərin asudə vaxtını və istirahətini təmin etmək üçün abadlıq işlərinə başlanmışdır.Həmçinin insaneların maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə yol kənarında olan yararsız səkilər bərpa olunur. İməclik və ağacəkmə kampaniyası bir sıra sənaye, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, eləcə də digər müəssiələrinin ərazilərində də aparılır.