“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”
18.11.2014-cü il tarixdə Xətai rayon icra hakimiyyətinində “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” mövzusunda konfrans keçirilib.
Çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə maarifləndirmə işinin artırılmasıdır. Natiq qeyd edib ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin
gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxaql əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Hazırda Xətai rayonu üzrə qeydiyyatda olan narkoman xəstələrin sayı 986 nəfərdir. Bu ilin son 5 ayı ərzində xeyli sayda narkotik vasitələr, o cümlədən müxtəlif növ psixotrop maddələr müsadirə edilərək məhv edilib. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında bu
istiqamətdə maarifləndirmə işləri aparılıb.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. Onlar bildiriblər ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan bu mövzuda olan tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı qısametrajlı film nümayiş olundu.