Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü Xətai rayonunda qeyd olundu.

20 noyabr 2014 | 11:00

Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkına gələrək, ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb,ehtiramlarını bildirdilər. 
     Tədbirdə çıxıç edən Xətai rayon icra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, artıq 22 ildir ki, YAP ölkəmizin siyasi səhnəsində uğurlu fəaliyyət göstərir və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. 
     Partiyanın yaranma tarixinə nəzər salan YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov isə partiyanın rayon təşkilatının yaranmasından danışdı. Dedi ki, 1993-cü ildə Xətai rayonunda YAP-nın
ikinci rayon təşkilatı təsis edildi. Hazırda partiyanın Xətai rayon təşkilatı öz
ətrafında 142 ərazi ilk partiya təşkilatını birləşdirir. Üzvlərinin sayı 18 minə
yaxındır. Bunun 35 faizi gənclər, 8 min nəfərini isə qadınlar təşkil edir.
      Çıxış edən iki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, partiyanın siyasi şurasının üzvləri, rayon ziyalıları 22    il bundan əvvəl ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiyanın müstəqil Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, ölkənin aparıcı partiyasının yaranmasından keçən dövr ərzində respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində nailiyyətlər qazanıb. Bunun nəticəsi olaraq, bü gün Azərbaycan bir
çox konvensiyalara qoşulur və dünya dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq edir.
     Tədbirdə   bir qrup gəncə YAP-nın vəsiqələri təqdim edildi və  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.

Keçidlər