Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ağacəkmə kampaniyası keçirildi.

21 noyabr 2014 | 11:00

      21.11.2014-cü il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan ağacəkmə aksiyası Xətai rayonu İnqilab İsmayılov küçəsində yerləşən “Zeytunluq” adlanan ərazidə keçirildi.
       Rayon icra hakimiyətinin başçısı Razim Məmmədovun, millət vəkillərinin,  rayonun idarə, müəssisə rəhbərlərinin də iştirak etdiyi aksiyada "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində bölgələrə səfər edən məktəblilər də iştirak etdilər. Ümumilikdə 1000-dən çox insanın iştirak etdiyi kampaniyada 1200 müxtəlif növ ağac, o cümlədən zeytun, küknar, şam, söyüd ağacları və dekorativ kollar əkildi. Ağacların inkişafı üçün əraziyə gübrələr verildi və sulandı. Aksiyada rayonun florasının zənginləşdirilməsi məqsədilə əraziyə bir sıra xarici ölkələrdən gətirilən yeni ağac tinglərindən də istifadə edildi.
       Ümumilikdə isə bu ərazilərdə    yaşılıqların salınması    Bakı və Bakıətrafı  ərazilərdə ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına    xidmət edir. Bu cür aksiyaların keçirilməsində əsas məqsəd gənclər arasında ekoloji maarifləndirmə işlərinin aparılması, eləcə də, ölkəmizin flora və faunasının qorunmasıdır.
       Rayon icra hakimiyyəti başçısının səyyar və yerli qəbullar zamanı sakinlər tərəfindən yeni yaşıllıqların salınması ilə bağlı qaldırlılan məsələlər də həllini tapır. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb və tədbirlər planı hazırlanıb.
       “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma marafonu” hər həftə davam etdiriləcək.

Keçidlər